Xəbər lenti

TİKA Azərbaycanda Cərrahi Əməliyyat Sonrası Qulluq təlimi təşkil etdi
Foto 18:37 13.10.2024

TİKA Azərbaycanda Cərrahi Əməliyyat Sonrası Qulluq təlimi təşkil etdi

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən, Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TABİB) ilə birgə 07-12 oktyabr 2024 tarixlərində Azərbaycanın Bakı, Sumqayıt və Lənkəran şəhərlərində təşkil olunan "Cərrahi Əməliyyat Sonrası Qulluq (Maye-Elektrolit Reanimasıyası, Qidalanma, Şok Müalicələri) Təlimi”ndə 70 həkimə təlim verildi. 

Hər üç şəhərdə təşkil olunan təlimlərin açılış və sertifikat mərasimlərinə TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelik, TƏBİB nümayəndələri, xəstəxana rəhbərləri və həkimlər iştirak etdi.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycanda səhiyyə sektorunun inkişafına yönəlik layihə və fəaliyyətlərə xüsusi əhəmiyyət verir. Bu çərçivədə, səhiyyə müəssisələrinin texniki infrastrukturlarının inkişaf etdirilməsi, səhiyyə işçilərinin bilik və təcrübələrinin artırılması üçün təlim proqramlarının təşkil edilməsi və səhiyyə sahəsində təşkil edilən konfrans, simpozium və elmi tədbirlərə dəstək verir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->