Xəbər lenti

Tikinti bazarında qiymətlər niyə dəyişib? (ARAŞDIRMA)
Ekonomiks 11:43 12.02.2024

Tikinti bazarında qiymətlər niyə dəyişib? (ARAŞDIRMA)

"Hazırda tikinti bazarında baş verən qiymət dəyişikliyi mövsümü xarakter daşıyır və bazara az təsirlidir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Əsədov deyib. Ekspert bildirib ki, tikinti bazarında qiymətlərin dəyişməsi bir neçə faktordan asılıdır:

"Birincisi, təlabatdır. Təlabat az olanda rəqabətə görə çalışırlar ki, qiyməti aşağı salsınlar. Bəzi tikinti materiallarının bazarda olan təklifi çoxaldığından, alıcılıq qabiliyyəti aşağı düşür. Məsələn, dam örtüyü qış aylarında ən az satılan tikinti materiallarındandır. İstehsal edən şirkətin isə anbarı doludur, bu səbəbdən məcburdular ki, qiyməti aşağı salsınlar. Torpaqlar azad olunandan sonra orada aparılan tikiniti işləri ilə əlaqədar bəzi qiymət dəyişikliyi olur. Taxta-şalban xarici ölkədən gəlir, onların da bir sıra xərcləri var”. 
 


Elnur Əsədovun fikirincə, bu gün inşaat bazarında strateji qiyməti dəyişən mallar var ki, onların da ilk sırasında armatur dayanır:

"Bu da daşınmaz əmlakın bahalaşmasına gətirir. 2006-cı ildə armaturun qiyməti 600 manatdan 1000 manat kimi bahalaşıb. Həmin vaxt daşınmaz əmlakın  qiyməti də bahalaşdı. Digər materialların qiyməti əmlak bazarına bir o qədər də ciddi təsir etməyib. 2020-ci ildən sonra armaturun qalxması əmlak bazarında qaiymətin artmasına ciddi səbəb olub. O zaman bir tonu 780 manat olan armaturun qiyməti 1300 manat arasındadır. Bu da şirkətlər tərəfindən mənzillərin qiymətini artırb”. 

Elnur Əsədovun sözlərinə görə, armatur sahəsində güclü monapoliya var:

"İstehsalat az olduğundan, ölkəyə az miqdarda daşınır. İkinci yerdə isə sment dayanır. Bunların qiymətinin qalxması bir başa əmlak bazarına təsirini göstərir”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->