
İsmayıllı olaylarına görə həbs olunan Müsavat başqanının müavini Tofiq Yaqublunun ailəsi bu gün baş tutan məhkəmədən qayıdarkən avtomobil qəzasına düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə facebookda məlumat paylaşılıb. Belə ki, Şəkidə davam edən məhkəmədən qayıdarkən İsmayıllı ərazisində baş verən avtoqəza nəticəsində maşında olan Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu və vəkil Xalid Bağırov yüngül xəsarət alıblar.
Tofiq Yaqublunun xanımı Maya Yaqublu və Müsavat fəalı Çingiz Əlinin xəsarətləri ciddi olduğundan xəstəxanaya yerləşdiriliblər.