
Gəncə Humanitar kolleci nə qədər “saxta müəllim” buraxıb?
Bir neçə il əvvəl Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ölkədə on minlərlə saxta diplomla işləyənlər olduğunu açıqlamışdı. Tərəfimizdən bu saxta diplom sahiblərinin kimliyinin açıqlanmasını dəfələrlə Məleykə xanımdan tələb eləsək də bu məsələ qapalı qaldı. Guya ki dövlət sirridir...
Amma atalar demişkən, “Cidanı çuvalda gizlətmək mümkün deyil”. Gec-tez bütün saxta işlər kimi saxta diplomlar da üzə çıxacaq.
Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az ) bölgə müxbiri Qürbət Yusubovun verdiyi məlumata görə Tovuz rayonunun Göyəbaxan kənd orta məktəbində bir neçə müəllim Gəncə Humanitar Kollecin saxta diplomu ilə işləyir. Hətta məktəbin direktor müavini Namazov Namiq Vahid oğlu da Gəncə Humanitar Kollecinin saxta diplomu ilə düz 8 ildir ki, məktəbdə çalışır.
Yuxarıda adı çəkilən məktəbin müəlliməsi İbrahimova Məhbubə İbrahim qızı da həmin kollecin saxta diplomu ilə işləyir.
Verilən məlumatda o da qeyd olunur ki, bütün bu qanunsuzluqların arxasında Tovuz təhsil şöbəsinin müdiri Validə xanım dayanır.
Qaynar.info