Xəbər lenti

Toyda söyüşə görə dava - VİDEO
Ölkə09:26 20.09.2014

Toyda söyüşə görə dava - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəlilabadda toy məclisində vəhşicəsinə döyülən 22 yaşlı gənc danışıq qabiliyyətini itirib. 

Məlumata görə, hadisə rayonun Hamaraqışlaq kəndində baş verib.

Qaynar.info virtualaz.org-a istinadən xəbər verir ki, yaxın qohumlarının toy məclisində iştirak edən kənd sakini Ceyhun Habil oğlu Hüseynov həmkəndlisi Qamət adlı şəxs tərəfindən vəhşicəsinə döyülüb. Zərərçəkənin yaxınlarının sözlərinə görə, gənclər arasındakı dava söyüş üstündə olub.

Belə ki, aralarındakı mübahisəni həll etmək üçün Qamət Ceyhunu çağıraraq toydan kənar yerə aparıb. Elə bu zaman o, üzərindəki ağac parçası ilə Ceyhunun baş nahiyəsinə bir neçə zərbə vurub. Daha sonra hadisə yerindən uzaqlaşıb.

Yaxınları tərəfindən huşsuz halda tapılan Ceyhun xəstəxanaya çatdırılıb. Həkimlər onun baş nahiyəsindəki yaralara tikiş vurublar.

Xəstə zərbənin təsirindən bir gün huşsuz halda olub. Hazırda səhhəti qismən nomallaşsa da Ceyhun sərbəst danışa bilmir.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.