Xəbər lenti

Tramp Ali Məhkəmədən cinayət təqibindən müdafiə istəyir
Dünya 12:07 13.02.2024

Tramp Ali Məhkəmədən cinayət təqibindən müdafiə istəyir

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ali Məhkəmədən aşağı instansiya məhkəməsinin onun Kapitolidəki iğtişaşlarda iştirakına və 2020-ci il seçkilərini təxribata cəhd etdiyinə görə qanuni təqibdən toxunulmazlığa malik olmadığına dair qərarına yenidən baxmağı xahiş edib.

Bu barədə Qaynarinfo "Politico”ya istinadən xəbər verir.

Tramp Ali Məhkəməyə 39 səhifəlik vəsatətlə müraciət edib.  

Açıqlamada Trampın vəkilləri iddia ediblər ki, Kolumbiya dairəsinin Dairə Apelyasiya Məhkəməsinin onun toxunulmazlıq hüququna malik olmadığına dair keçən həftə verdiyi qərar "presedent və tarixi normaların heyrətamiz pozulmasıdır”.

Tramp Ali Məhkəmədən Apelyasiya Məhkəməsinin qərarını dayandırmasını istəyir ki, bu da birinci instansiya məhkəməsində prosesləri donduracaq. Tramp toxunulmazlıq məsələsi ilə bağlı iddia qaldırdığından, məhkəmə prosesi iki ay uzanıb və ilkin olaraq planlaşdırılan 4 mart tarixli məhkəmə iclası artıq təxirə salınıb.

Əgər hakimlər Trampın dayandırma tələbini tez bir zamanda rədd etsələr, iş ilk instansiya məhkəməsinə qayıdacaq və keçmiş prezident artıq bu ilin yazında federal seçki ilə bağlı ittihamlarla mühakimə oluna bilər.

Vəsatətin təmin edilməsi üçün Ali Məhkəmənin beş hakimin dəstəyi zəruridir. 

Donald Tramp üç iş üzrə 91 cinayət ittihamı ilə üzləşib. O, porno ulduz Stormi Danielə 130 min dollar ödəməkdə, 2020-ci il seçkilərinə xələl gətirməkdə və vəzifəsindən getdikdən sonra məxfi məlumatlarla yanlış işləməkdə ittiham olunur.

2024-cü ildə məhkəmə ABŞ-ın keçmiş prezidentinə qarşı daha bir ittihama baxmağa başlayacaq - bu dəfə Kapitoliyə hücumla bağlı.

ABŞ-da növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.

Proqnozlara görə, demokratlardan əsas namizəd hazırkı Amerika lideri Co Bayden ola bilər. Eyni zamanda, respublikaçı namizədin Donald Tramp olmaq şansı da yüksəkdir.

20 dekabr 2023-cü ildə Kolorado Ali Məhkəməsi ABŞ Konstitusiyasına 14-cü düzəlişlə əlaqədar Trampın ştatın praymerizlərində iştirakını qadağan edib. Eks-prezidentin komandası bu qərardan ABŞ Ali Məhkəməsinə şikayət verib. Hakimlər artıq məhkəmə araşdırmasına başlayıblar.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->