Dünya 09:38 02.08.2022

Tramp Zelenskinin Putinlə münasibətlərdəki “səhvini” tapdı

Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə razılığa gəlməli və NATO-ya üzv olmaqdan imtina etməli idi. 

Qaynarinfo xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya lideri ilə münasibətlərdə dövlət başçısının "belə səhvini” göstərib.

"Onlar NATO ilə məsələni hansısa yolla həll edə bilərdilər ki, alyansa daxil olmaq fikrində deyillər. Sonra onların ölkəsi ola bilərdi, çünki əminəm, Putin danışıqlar aparmaq istəyirdi", - deyə siyasətçi yekunlaşdırıb. O əlavə edib ki, indiki vəziyyətdə razılığa gəlmək xeyli çətinləşib, lakin buna nail olmaq üçün cəhdləri davam etdirmək lazımdır.

Qeyd edək ki, Tramp bir müddət əvvəl ABŞ-ın diz çökdüyünü və dünya səhnəsində bir-birinin ardınca tarixi təhqirlərə məruz qaldığını bildirmişdi. O əlavə edib ki, onun prezidentliyi dövründə Vaşinqton enerji resursları məsələsində lider olub, benzinin qiyməti və inflyasiya aşağı olub və ABŞ-a hörmət edilib.

Alpər