XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Türkiyə Kuboku: "Fənərbağça" və "Qalatasaray" rəqib oldu
İdman15:59 06.03.2025

Türkiyə Kuboku: "Fənərbağça" və "Qalatasaray" rəqib oldu

Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.
Qaynarinfo xəbər verir ki, bu raundda İstanbul təmsilçilərindən "Fənərbağça" "Qalatasaray"la üz-üzə gələcək.
"Beşiktaş" "Göztəpə" ilə, "Konyaspor" "İskəndərunspor"la, "Trabzonspor" isə "Bodrumspor"la münasibətlərə aydınlıq gətirəcək. 
Qeyd edək ki, 1/4 final mərhələsi bir oyundan ibarət olacaq. Qarşılaşmalar adları birinci göstərilən komandaların (səpələnmişlərin) meydanında reallaşacaq.