Xəbər lenti

Türkiyə Ombudsmanı Rusiyada ukraynalı hərbi əsirlərə baş çəkəcək
Dünya 12:27 11.07.2024

Türkiyə Ombudsmanı Rusiyada ukraynalı hərbi əsirlərə baş çəkəcək

Türkiyənin Ombudsmanı Şərəf Malkoç Ukraynalı hərbi əsirlərin hüquqlarına riayət olunmasını yoxlamaq üçün Rusiyaya səfər edə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Dmitri Lubinets Telegram-da məlumat verib. 

Lubinets bildirib ki, Malkoçla telefon danışığı olub və Türkiyədə Rusiya təcavüzündən əziyyət çəkən ukraynalı uşaqların hüquqlarının müdafiəsi istiqamətində gördüyü işlərə görə təşəkkür edib.

Ombudsmanlar həmçinin ukraynalı mülki girovların Rusiyadan qaytarılması mexanizmlərini də müzakirə ediblər. İclasda 2021-ci ildən Rusiyada fəaliyyət göstərən Krım tatarlarının Məclisin sədrinin müavini Nəriman Cəlal iştirak edib. O, fikirlərini Türkiyə Ombudsmanı ilə bölüşüb.

"Biz həmçinin ukraynalı hərbi əsirlərin hüquqlarına riayət olunmasına nəzarət etmək üçün cənab Malkoçun Rusiyaya mümkün səfərini müzakirə etdik”, - Lubinets qeyd edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->