Xəbər lenti

Türkiyə Rusiyaya qarşı çıxsa, nə qazanacaq? (ŞƏRH)
Dünya 20:05 12.06.2024

Türkiyə Rusiyaya qarşı çıxsa, nə qazanacaq? (ŞƏRH)

"Türkiyənin sanksiyalara qoşulması situasiyaya əhəmiyyətli dərəcədə təsir edə bilər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stanonun Türkiyəni də Rusiyaya qarşı sanksiyalara cəlb etmək istiqamətində cəhdini şərh edərkən deyib.
 


Arif Əliyev bildirib ki, Ankaranın Rusiyaya qarşı sanksiyalara qoşulmasının oyunu dəyişə biləcəyini indidən söyləmək çətindir:

”Çünki oyunu dəyişmək məsələsində Stanonun nəyi nəzərdə tutduğunu tam olaraq özü bilir. Amma Türkiyənin ona qoşulmasının situasiyaya əhəmiyyətli dərəcədə təsir göstərəcəyi şəksizdir. Lakin Ankaranın Rusiyaya qarşı sanksiyalara qoşulacağına inanmıram. Çünki bu zaman itəricəyi müəyyən şeylər olacaq, bunun müqabilində qazanacağı isə bəlli deyil. Stano Rusiyaya qarşı sanksiyaları dəstəkləsə, Ankaranın Aİ-yə yolunu açacaqlarını desəydi, Türkiyənin də bu addıma gedəcəyini söyləmək mümkün olardı. Hər halda, sözügedən vəziyyətdə məsələni müzakirə etmək üçün bir əsas olur. İndiki halda isə Türkiyə heç nə əldə etmədən buna getməz. Belə bir sadə çağırış fonunda Türkiyənin öz siyasətində dəyişiklik edəcəyinə inanmıram”. 

Qeyd edək ki, Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano jurnalistlərə açıqlamasında Ankaranın Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulmasının oyunu dəyişəcəyini deyib. Stano vurğulayıb ki, Ankaranın sanksiyaları qəbul etməsi Aİ-də "etimad” yaradacaq:
 
"Bu, Türkiyənin həqiqətən də öz namizədliyini ifadə etməkdə səmimi və açıq olduğunun son sübutu ola bilər. Avropa Birliyinin Türkiyəyə ehtiyacı olduğu kimi Türkiyənin də Avropa İttifaqına ehtiyacı var. Biz birlikdə daha güclüyük. Türkiyə təkcə özü üçün deyil, həm də region və Aİ üçün mühüm ölkədir". 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->