Xəbər lenti

Türkiyədə qalan tələbələrin problemi necə həll olunmalıdır? - Sabiq deputatdan təklif
Ölkə 14:00 18.02.2023

Türkiyədə qalan tələbələrin problemi necə həll olunmalıdır? - Sabiq deputatdan təklif

"Qarabağı gənclər alıb. Torpaqları azad edəndə gənclər ana-ataları ilə məsləhətləşirdi? Dövlətin tapşırığını yerinə yetirirdi. İndi dövlət də bu məsələdə tələbələrə güzəşt etməlidir. Ya quru yolu açıb tələbələrin Azərbaycana qayıtmasını təmin etməlidir, ya da onlar tələbə biletləri ilə vətənə qayıtmalıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq deputat Şahlar Əsgərov yaranmış vəziyyətlə əlaqədar Türkiyədə təhsil alan tələbələrin quru yolla Azərbaycana qayıtmaları ilə bağlı güzəştdən danışarkən deyib. Şahlar Əsgərov bildirib ki, tələbəyə qayğı gələcəyə olan qayğıdır:
 


"Hansısa bir qurum, yaxud təşkilat bu qayğını göstərmirsə, deməli, Azərbaycanı sevmir. Gələcəyimiz olan gəncliyin həm fiziki cəhətdən sağlamlığın qorumalıyıq, həm də əqli cəhətdən onların mükəmməl bir insan olmasına çalışmalıyıq. Ona görə güman edirəm ki, tələbələrin quru yolla Azərbaycana gətirilməsi lazımı orqanlar tərəfindən müzakirə olunub, qərar veriləcək”.

Şahlar Əsgərov dünyanın hər yerində tələbəyə nəqliyyat vasitələrində güzəşt olduğunu vurğulayıb:
 
"Niyə Azərbaycan kənarda qalsın? Dövlət tərəfindən tələbələrə qayğı var. Nəinki Türkiyədə olan tələbələrin Azərbaycana qayıtmasına, hətta Azərbaycanın özündə belə tələbəyə dövlət qayğısı olmalıdır. Tələbə də bu qayğını görüb, yaşamlıdır. Nəqliyyatda güzəşt olmalıdır, bundan əlavə tələbə yeməkxanaları fəaliyyət göstərməlidir. Düzdür, yeməkxanalarda yemək ucuzdu. Amma bu qayğı bütün sahələrdə əksini tapmalıdır”. 

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->