Dünya 17:05 24.04.2022

Ukrayna nə vaxt Rusiya üzərində üstünlük əldə edəcək? - Arestoviç tarix açıqladı

"Tərəfdaşların silah tədarükü sayəsində Ukrayna mayın sonu və ya iyunun əvvəlində Rusiya üzərində əhəmiyyətli üstünlük əldə edəcək".

Qaynarinfo xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Aleksiy Arestoviç deyib.

Onun sözlərinə görə, Ukraynanın Rusiya üzərindəki üstünlüyü Ukrayna tərəfinin ötürülən silahları təhvil verəcəyi ərazilərdə nəzərə çarpacaq.

"...Bu, mövqe müharibənin əsas mərhələsi olacaq. O zaman rus qoşunlarının gücü tükənəcək, yorulacaq və irəli gedə bilməyəcək”, deyə Arestoviç bildirib.

Aydın