Xəbər lenti

Ukrayna səfiri Azərbaycana 2025-ci ildəki dəstəyə görə təşəkkür etdi
Ölkə17:55 01.01.2026

Ukrayna səfiri Azərbaycana 2025-ci ildəki dəstəyə görə təşəkkür etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev 2025-ci ildə göstərilən yardıma görə Azərbaycana təşəkkür edib.
Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı diplomat "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Biz (Ukrayna - red.) Azərbaycandakı və bütün dünyadakı tərəfdaşlarımıza, dostlarımıza 2025-ci ildəki dəstəyə görə təşəkkür edirik. Məqsədimiz aydın qalır: azadlıq, ədalətli və davamlı sülh. 2026-cı ildə Ukrayna, Avropa və bütün dünya üçün sülh və təhlükəsizlik naminə işləməyə davam edəcəyik. Qoy yeni il hamı üçün ədalətli sülh gətirsin", - o qeyd edib.