“Şərurlu İsfəndiyar”ın oğlu kimi dərsə yüz minlik avtomobillərdə gələn xeyli tələbə varƏrəb şeyxlərinin oğlanları ən nüfuzlu Britaniya məktəblərində təhsil alırlar. Amma təhsil hələ işin birinci yarısıdır. Şeyx oğulları Britaniyada tələbə yataqxanasında yox, dəbdəbəli saraylarda qalırlar. Tələbə ərəb şeyxlərinin avtomobilləri də ingilislərinkindən fərqlənir. Londonda əgər qızıldan “Range Rover”, yaxud 3 milyon avroluq idman avtomobili görsəniz, şübhəniz olmasın ki, bu, ərəb əsilli tələbəyə məxsusdur. Belə ki, Qətərdən, Küveytdən, Səudiyyə Ərəbistanından Britaniyaya uçan təyyarəyə tələbənin avtomobili də yüklənir. Avtomobili təyyarə ilə aparmaq şeyxlər üçün qəpik-quruşa başa gəlir - cəmi 33 min dollara.
Amma təkcə ərəb şeyxlərinin ali təhsil alan övladları belə fantastik qiymətdə olan maşınlarda gəzmirlər. Rəhmətlik Mirzə Ələkbər Sabirin “əcnəbilər ayda balonlarla gəzir, biz hələ avtomobil minməyiriz” sözü artıq qüvvədən düşüb.
Çünki azərbaycanlı “şeyx”lərin də tələbə övladlarının belə həyattərzi sürdüyünü görmək olar. Onların arasında dövlət vəzifəsi tutan davar, məmurlara bağlı və bizneslə məşğul olanlar da var. BugünlərdəDövlət İqtisad Universiteti yaxınlığında 650 min dollarlıq qiyməti olanavtomobilin görüntülənməsi də belə faktlardan biridir.
Məlum oldu ki, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamıİsfəndiyar Axundovun tələbə oğlu əsl Britaniyadakı ərəb şeyxlərininövladları kimi hərəkət edir. Tələbə olan Allahverdi Axundovun 650 mindollarlıq “Lamborghini”yə sahib olması onu şeyx övladındanfərqləndirmir. “Şərurlu İsfəndiyar” əvvəlcə oğluna aid belə maşınolmasını inkar etsə də, növbəti açıqlamasında təsdiqləmişdi.
Bu faktdan çıxış edərək tələbələrimizin ali məktəblərə gedərkənhansı minik vasitəsindən istifadə etdiyini öyrənmək qərarına gəldik. Buməqsədlə səhər saatlarında ölkənin nüfuzlu ali təhsil ocaqlarınınqarşısında müşahidələr apardıq.
Əvvəlcə, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) qarşısınabaxış keçirdik və məlum oldu ki, universitetin qarşısında şlaqbaumqoyulub, kənar şəxslərin maşınlarının ali məktəbin həyətinə buraxılmasıqadağandır.
Bu qərar ADİU-da təhsil alan tələbələrə də şamil olunub. Yalnızuniversitet rəhbərliyinin, dekan - müəllim heyətinin avtomobilləriərazidə saxlanıla bilər. Tələbələr isə maşınlarını yolun əks tərəfindəara yollarda saxlayırlar.
Universitetin mühafizəçisi bizə tələbələrin maşınlarını haradasaxladıqlarını göstərdi. Tələbələr avtomobillərini Axundov bağına gedənküçələrdə saxlayırlar. Onların arasında “Prado”, “BMW”, “Lexus”“Mercedes S Class” və başqa bahalı maşınlar var.
Həmçinin Bakı Dövlət Universitetinin önündə onlarla bahalı maşınlarvar idi. Onların sırasında tələbələrin də maşınları var. BDU-nunhəyətində geniş bir ərazi var ki, maşın park etmək üçün nəzərdətutulub.
Ancaq bu icazə də ADİU-də olduğu kimi müəllimlərə şamil edilib.Tələbələr isə dövlət qulluqçusu olmadığı, işə yox, dərsə gəldikləri üçünonlara belə bir imtiyaz verilməyib. BDU ilə üzbəüz Memarlıq və İnşaat, ocümlədən Texniki Universitetin binaları qarşısında maşınlar var idi.
Onların ali məktəblərin həyətinə girişi qadağandır. Adətən bahalıavtomobili olan tələbələr dərsin ilk saatlarında məktəbdə olurlar, qalanvaxt isə məktəbdən kənarda vaxt keçirirlər. Bahalı avtomobil sürəntələbələrdən kimisi prokuror, kimisi gömrük rəisi, kimi polis rəisininövladıdır.
Bu kateqoriyalı tələbələr içərisində “Şərurlu İsfəndiyar” kimibizneslə məşğul olanların övladları da var. Bundan əlavə, dərsə bahalımaşında gələnlər arasında qız tələbələr də var. Mühafizəçilərinsözlərinə görə, bu cür imkana sahib tələbələri hər kəs tanıyır vəbarmaqla göstərilirlər.
Mühafizəçilər deyirlər ki, dəfələrlə ali məktəbin qarşısına qiymətiyüz min dollarla ölçülən maşınlarda tələbələr gəlib, avtomobildəndüşüb, gözündə eynək, əlində açarı fırladaraq məktəbə daxil olub. Kimsədə onlarla problem yaşamaq, mübahisə etməyə can atmır.
Onların dediyinə görə, özünə vurğun olan belə tələbələr imkanlıvalideynlərinə arxayındır. Ona görə də sükan arxasına keçəndə sürəthəddini də aşırlar, qəza vəziyyəti yaradırlar. Söhbət etdiyimiz bəzitələbələrin isə ümumi rəyi belə oldu ki, onlar “papanın gül balalarıdır”və istədikləri kimi yaşayırlar: “Onları nə dərs maraqlandırır, nəimtahan. İmkanlarına güvənirlər. Bilirlər ki, həll ediləcək.Universitetə də özlərini göstərməyə gəlirlər, qoy hamı bunlarınmaşınlarını görsün. Amma bilmirlər ki, elə tələbə var, nə təhsil haqqınıödəməyə imkanı çatır, nə kirayədə qalmağa. Əksəriyyəti də restoranlardaofisiant işləyir”. //musavat.com
Qaynar.info


