Xəbər lenti

Ursula fon der Leyen Aİ-dən müdafiə ittifaqı yaratmaq istəyir
Dünya 13:57 18.07.2024

Ursula fon der Leyen Aİ-dən müdafiə ittifaqı yaratmaq istəyir

Avropa Komissiyasının sədri Ursula von der Lyayen növbəti beş il ərzində yenidən seçiləcəyi təqdirdə hava və kibermüdafiə sahəsində qabaqcıl layihələrlə "əsl Avropa müdafiə ittifaqı” yaratmağa söz verib.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

"Üzv dövlətlər doktrinadan tutmuş yerləşdirməyə qədər həmişə öz qüvvələrinə görə məsuliyyət daşıyacaqlar. Lakin Avropa müdafiə sənayesi bazasını, innovasiyaları və vahid (Avropa) bazarı gücləndirmək üçün səyləri dəstəkləmək və əlaqələndirmək üçün çox şey edə bilər", deyə fon der Lyayen Avropa Parlamentində ona yeni mandat verilməsi ilə bağlı keçirilən səsvermədən əvvəl proqramını əks etdirən sənəddə bildirib. 

Sənədin müdafiəyə yönəldilməsi Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzündən sonra məsələnin Avropanın siyasi gündəmində necə ön plana çıxdığını əks etdirir.

Avropa liderləri, xüsusən noyabrda ABŞ prezident seçkilərində respublikaçı Donald Trampın qalib gələcəyi təqdirdə ABŞ-dan nə qədər müdafiə gözləyə biləcəyinə dair şübhələri nəzərə alaraq, öz müdafiələrini gücləndirmək üçün daha çox iş görməli olduqlarını vurğulayırlar.

Bu fonda Avropa Komissiyası ənənəvi olaraq milli hökumətlərin və NATO-nun himayəsində olan müdafiə siyasətində daha böyük rol oynamağa çalışır.

Fon der Lyayen yeni vəzifə - Avropa müdafiə komissarı təyin etməyi planlaşdırdığını təsdiqləyib və Komissiyanın növbəti mandatının ilk 100 günündə "Avropa müdafiəsinin gələcəyinə dair Ağ Sənəd" təqdim edəcəyini söyləyib. Onun sözlərinə görə, Aİ-nin əsas müdafiə layihələri "ən böyük ümumi və sərhədlərarası təhdidlərimizə diqqət yetirməlidir".

"Üzv dövlətlərlə və NATO ilə sıx koordinasiyada işləyərək, Avropa hava qalxanından və kiber müdafiədən başlayaraq bir sıra ümumavropa maraq müdafiə layihələri təklif edəcəyik. Bu böyük layihələrin hər kəs üçün açıq olmasını təmin edəcəyik və Avropa torpaqlarında ən qısa müddətdə inkişaf etdirilməsini, qurulmasını və yerləşdirilməsini təmin etmək üçün əlimizdə olan bütün vasitələrdən - həm tənzimləyici, həm də maliyyə vasitələrindən istifadə edəcəyik", deyə Avropa rəsmisi bildirib.

Bununla belə, fon der Lyayen bu cür layihələrin necə maliyyələşdiriləcəyini açıqlamayıb. Lakin o, komissiyasının "təcili müdafiə investisiya ehtiyacları ilə bağlı təkliflər" irəli sürəcəyini söyləyib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->