Azərbaycanda 17 yaşlı qızın məcburi şəkildə evləndirilməsinə cəhd edildiyi bildirilir.
Qaynarinfo xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, yeniyetmə qızın sentyabrın 20-də toyunun keçirilməsi planlaşdırılıb. Lakin qız özü bu evliliyə razı olmayaraq sığınacağa müraciət edib.
Kəmalə Ağazadə hadisənin necə baş verdiyini belə təsvir edib: “17 yaşlı qızın 20 sentyabrda toyu olacaqdı. Olmayacaq”.
Məlumata görə, qızın valideynləri cehiz almaq üçün Sədərək bazarına gedib. Bu zaman yeniyetmə taksiyə minərək sürücüdən onu Kəmalə Ağazadənin sığınacağına aparmasını xahiş edib.
“Qız taksi sürücüsünə deyib ki, “pulum yoxdur, Kəmalə xanımın sığınacağına apar, orada verəcəklər”. O da gətirib...” – deyə paylaşımda qeyd olunub.
Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.
Şərhlər