Xəbər lenti

Vasif Talıbov ailə üzvləri ilə bayram şənliyində (FOTO)
Ölkə12:21 01.01.2019

Vasif Talıbov ailə üzvləri ilə bayram şənliyində (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dekabrın 31-də Naxçıvan şəhər sakinləri və şəhərin qonaqları Həmrəylik bayramını və Yeni ilin gəlişini qeyd ediblər.
Qaynarinfo xəbər verir ki, Naxçıvan şəhərinin mərkəzi meydanında yolka qurulub, al-əlvan işıqlarla bəzədilmiş şəhər bayram libasına bürünüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyinə gəlib.
Azərbaycan prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına televiziya vasitəsilə təbriki mərkəzi meydanda və şəhərin digər yerlərində quraşdırılan monitorlar vasitəsilə yayımlanıb.
Gecə saatlarında Naxçıvan şəhərinin mərkəzi meydanında möhtəşəm bayram atəşfəşanlığı olub, yeni il xoş ovqat və böyük təntənə ilə qarşılanıb.