Xəbər lenti

Vərəm dispanserində dava: Ölən və yaralanan var
Ölkə06:52 25.05.2015

Vərəm dispanserində dava: Ölən və yaralanan var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hadisəni törədən Əjdər İsmayılov saxlanılıb. 

Azərbaycan paytaxtında qətl törədilib.

APA-nın məlumatına görə, hadisə Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 7 saylı vərəm dispanserində qeydə alınıb. Orada müalicə olunan, Qazaxıstan vətəndaşı, 1960-cı il təvəllüdlü Əjdər İsa oğlu İsmayılov mübahisə zəminində otaq yoldaşı, 1969-cu il təvəllüdlü Vahid Camal oğlu Muradovu və 1986-cı il təvəllüdlü Elşən Təyyar oğlu İsmayılovu bıçaqlayıb. V. Muradov aldığı xəsarətdən hadisə yerində ölüb, E. İsmayılov isə ağır xəsarət alıb.

Hadisəni törədən Ə. İsmayılov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Qaynar.info