Maqazin 12:58 18.07.2022

Xalq artisti ilə aktyor arasında qalmaqal: "Açsın qulağını eşitsin..."

"Əgər söhbət mənim illər öncə oynadığım "Tomka” obrazından gedirsə, qoy getsin elə bir rol oynasın ki, 30 il mənim kimi yaddaşlarda qalsın".

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva aktyor Cavidan Novruzun onun barəsində dediyi sözlərə münasibətin bildirərkən deyib. Aktrisa həmkarına Naibə Allahverdiyevanın adı altında deyil, rolları ilə gündəmə gəlməyini tövsiyyə edib:

"Mən Cavidan adında aktyor tanımıram. Ömründə bir dəfə onunla üz-üzə gəlməmişəm, rollarını da görməmişəm. Əgər "uğursuz" sözünü mənim haqqımda deyibsə ki, açsın qulağını eşitsin, Azərbaycanın ən uğurlu aktrisalarından biriyəm. Ona görə ki, Azərbaycan dövlətinin ən yüksək titulunu - Xalq artisti adını daşıyıram. Artıq mənim nəyinsə haqqında fikir bildirməyə haqqım var. İkincisi, 35 illik teatr stajım var. Necə uğursuz ola bilərəm ki, illərlə efirə çıxmasam yenə də sevilirəm, arzulanıram? Deməli, uğurlu aktrisayam”. 

Naibə Allahverdiyeva hesab edir ki, onun haqqında yalnız səviyyəli, sənəti olan, tamaşaçılar sevgisini qazanan aktyor və aktrisalar danışa bilər:

"Haqqımda fikir bildirən mənim səviyyəmdə olmalıdır”.

Qeyd edək ki, Xalq artisti Naibə Allahverdiyeva ilə aktyor Cavidan Novruz arasında qalmaqal yaranıb. Komediya verilişlərini tənqid edən aktrisaya Cavidan Novruz "Vallah "Komedixana” nə qədər bu sənətdə olan adamların "gözünə girir”? Fikir verirəm ki, cavanlıqda uğur qazana bilməyənlər indi bizə söz atır. İndi də "Tomka maçi” sözləri ilə məşhurlaşan sənətkar nəsə deyir. Eybi yox, onun nəsə deməsi elə də təsir etmədi, amma bunu da deyim: Çox ucuzsunuz, çox! Sizə elə məqam lazım imiş. Heç cürə yaşınızla, uğursuzluğunuzla barışa bilmədiniz. Müdrikləşə bilmədiniz. Çox təəssüf. Bunları ümumi dedim” deyib.

Bahar Rüstəmli