İranın ali dini lideri Əli Xameneinin veb səhifəsi ABŞ Prezidenti Donald Trampın üzünə "qanlı sillə” vurulmuş fotoşəkil yayımlayıb.
Qaynarinfo Teleqraf.com-a istinadən xəbər verir ki, fotoya "Hərbi əməliyyat kifayət deyil, ABŞ-ın varlığına son qoyulmalıdır” qeydi yazılıb.
Saytda eləcə də Hameneyinin fikirləri yer alıb:
"ABŞ bölgəyə müharibə, anlaşılmazlıq, dağıntılar gətirdi, region ölkələri və xalqları ABŞ-ın varlığını rədd edir. ABŞ-a ağır zərbə vurduq, lakin Süleymaninin intiqamı başqa bir mövzudur”.
Xatırladaq ki, dini lider ABŞ-ın üzünə sillə vurduqlarını bəyan etmişdi.
Şərhlər