Xəbər lenti

Xanım direktoru xidməti otağında döyən fəhlə həbs olundu - Uğursuz sevgi...
Ölkə 12:14 04.12.2025

Xanım direktoru xidməti otağında döyən fəhlə həbs olundu - Uğursuz sevgi...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Sosial Xidmətlər Agentliyinin sosial qurumlarından birinin direktor əvəzini döyən şəxs həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, hadisə 25 noyabr 2025-ci il tarixində baş verib.

Belə ki, 1977-ci ildə Bakı şəhərində anadan olmuş Yusif Məmmədov (ad şərtidir) qurumun direktor əvəzi, psixoloq vəzifəsində çalışan A.Ə.-nin xidməti otağına daxil olaraq ona sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan xəsarətlər yetirərək döyüb.

Vəzifəli xanıma yetirilmiş xəsarətlər Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinə olunub. Məlum olub ki, 1989-cu il təvəllüdlü zərərçəkmiş şəxsin bədən səthində aşkarlanan xəsarətlər - sol saidin orta 1/3-nin ön səthindəki sıyrıqlar - küt əşyanın təsirindən yaranıb. Onların dava-dalaş zamanı əl barmağı dırnaqlarının təsirindən əmələ gələ bilməsi də istisna olunmur. Xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyib.

Məhkəmədə ifadə verən A.Ə. bildirib ki, ona xəsarət yetirən şəxs müəssisədə fəhlə kimi çalışır və hər gün mütəmadi olaraq onun xidməti otağına gələrək əsassız mübahisələr yaradır, ünvanına böhtan xarakterli ifadələr səsləndirir. Qadın ondan şikayətçi olduğunu və barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş edib.

Təqsirləndirilən şəxs isə izahatında tərtib olunmuş inzibati xəta protokolları üzrə özünü təqsirli saymadığını bildirib. O, zərərçəkmiş şəxslə əvvəllər sevgi münasibətlərinin olduğunu, lakin sonradan həmin münasibətlərin pozulduğunu deyib.

Məhkəmənin hökmü ilə Yusif Məmmədov İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinərək, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə uyğun olaraq 20 gün müddətinə inzibati qaydada həbs edilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->