Siyasət 12:40 31.10.2022

Xankəndi mitinqlərini kim təşkil edib? (ŞƏRH)

Xəbər verdiyimiz kimi, separatçı rejim oktyabrın 30-da Xankəndidə mitinq keçirib. Ermənistan KİV-lərinin iddiasına görə, aksiyanı separatçıların qondarma "parlamenti” çağırıb. 

Görünən odur ki, mitinqə Ermənistandan da iştirakçılar gəliblər. Erməni informasiya qaynaqlarının iddiasına görə, aksiyanın kütləvi olması üçün əksər insanları adambaşına 50 dollar ödəniş etməklə ələ alıblar. Onları maliyyələşdirən milyarder Ruben Bardanyandır. Mitinqçiləri himayə edən qüvvə isə Rusiya sülhməramlıları olub. Separatçılar aksiyanın sonunda Azərbaycanın bir hissəsi olmayacağını bildərən bəyanat da qəbul ediblər. 

Göründüyü kimi bu separatçıların təşkil etdiyi mitinq əvvəldən hazırlanmış bir aksiya olub. Belə bir mitinqin təşkilində əslində iki tərəfin marağında ola bilər: Nikol Paşinyan və Kreml. 

Bildiyimiz kimi, bu gün Soçidə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə üçtətərəfli sammit keçiriləcək. Burada İrəvanın maraqlarına cavab verməyən bəzi qərarların veriləcəyi də istisna deyil. Paşinyan isə bu qərardan qaçmaq, görüşü pozmaq üçün bir gün əvvəldən Xankəndidə mitinqlər təşkil etməklə prosesi tormozlamaq istəyir. Həmin görüşdə xalqın ciddi etirazını bəhanə etməklə özünün maraqlarına cavab verməyən bəzi qərarlara imza atmaqdan yayınmaq üçün... Məhz ona görə də mitinqə hətta Ermənistandan çoxsaylı insanların gəlişini təşkil ediblər. 

Xankəndidəki aksiya Rusiyanın vasitəçi qismində təşəbbüslərinin baş tutmaması anlamında müəyyən dərəcədə Qərbin də istəklərinə cavab verir. Bu mənada ola bilsin, Paşinyan həmin aksiyanı təşkil etməklə həm də Qərbdən dəstək alıb. Amma Xankəndidəki mitinq digər tərəfdən, Rusiyanın da marağına cavab verən bir aksiyadır. 

Qeyd edək ki, Avropa İttifaqı və ABŞ-ın Praqa görüşündə Qarabağı Azərbaycanın ərazisi kimi tanıması əsasında variantını təklif etməsi fonunda Kreml sahibi İrəvanın bu varinatı qəbul etməsinə əngəl olmayacağına eyham vurub. Əslində isə bununla İrəvana "Vaşinqton variantına” gedəcəyi təqdirdə, cəzalana biləcəyi mesajını verib. Bu aksiyadan bir neçə gün əvvəl separatçıların lideri Araik Arutyunyan Moskvada çağırılıb. Buradan görünür ki, onun Moskvaya çağırılmasında başlıca məqsəd də Xankəndidəki həmin mitinqlə bağlı olub. 

Aksiyanın Rusiyaya bağlı milyarder Ruben Vardanyan tərəfindən maliyyələşdirildiyi barədə verilən məlumatlar da onu göstərir ki, prosesdə maraqlı olan qüvvələrdən biri də Moskva ola bilər. Bu yola Rusiya Qarabağ ermənilərinin Qərbin təklif etdiyi "sülh varıantı”na etiraz etdiyini bəhanə gətirməklə tərəflərə görüş ərəfəsi təzyiq etməyi düşünür. Qondarma rejimin keçirdiyi aksiyada Qarabağ ermənilərinin Qərbin deyil, Rusiyanın təklif etdiyi variantın qəbul olunmasını istəmələri də əslində ona işarədir. 

Rüfət Sultan