Xəbər lenti

Xaricdə Azərbaycanla bağlı saxlanılan sənədlərin surətləri ölkəmizə gətiriləcək
Ölkə17:50 12.02.2020

Xaricdə Azərbaycanla bağlı saxlanılan sənədlərin surətləri ölkəmizə gətiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xarici ölkələrin arxivlərində, muzeylərində və kitabxanalarında Azərbaycanla bağlı saxlanılan sənədlərin surətləri Azərbaycana gətiriləcək.
Qaynarinfo-nun məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən "Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Dövlət Proqrammı”nda əksini tapıb.
Sənədə əsasən, Milli Arxiv İdarəsi və Xarici İşlər Nazirliyi 2020–2025-ci illərdə xarici ölkələrin arxivlərində, muzeylərində və kitabxanalarında Azərbaycanla bağlı saxlanılan sənədlərin aşkar edilərək, surətlərinin Azərbaycan Respublikasına gətirilməsini təmin etməlidir.