
Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında əməliyyat olunan xəstə üç gün sonra dünyasını dəyişib.
Trend Cənub TV-yə istinadən xəbər verir ki, avqustun 5-də Biləsuvar rayonunda bədbəxt hadisə baş verib. Belə ki, Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında üzərində əməliyyat olunan xəstə dünyasını dəyişib.
Cəlilabad rayonunun Üçtəpə kənd sakini Məhəmmədhüseyn Məlikov öd kisəsindəki xəstəliklə bağlı Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Həmin xəstəliklə bağlı əməliyyat olunan Məhəmmədhüseyn Məlikovun əməliyyatı uğurla başa çatıb. Xəstə də özünü normal hiss edirmiş. Lakin əməliyyatdan üç gün keçdikdən sonra xəstəxananın dəhlizində gəzərkən Məlikov qəfildən huşunu itirərək yerə yıxılıb və dünyasını dəyişib.