Xəbər lenti

Xızıda baş verən partlayışla bağlı cinayət işi başlandı - Baş Prokurorluq
Ölkə16:18 15.04.2023

Xızıda baş verən partlayışla bağlı cinayət işi başlandı - Baş Prokurorluq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xızı rayonunda baş vermiş partlayış hadisəsi ilə bağlı cinayət işi başlanıb.
Aprelin 15-i saat 15 radələrində Xızı rayonunun Yaşma kəndi ərazisində partlayış baş verməsi barədə məlumat daxil olub. 
Bu barədə B
Qaynarinfo-ya Baş Prokurorluqdan məlumat verilib.
Məlumata görə, Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə çıxaraq zəruri hərəkətlər aparıb və ilkin araşdırma zamanı müəyyən edilmişdir ki,  partlayışa şəbəb Sumqayıt şəhər sakinləri 1976-cı il təvəllüdlü Bəxtiyar Hüseynov, 1979-cu il təvəllüdlü Xankişi Quliyev və 2006-cı il təvəllüdlü Rəşad Əbilovun qeyd olunan ərazidə aşkar etdikləri mərmi başlığını götürməsi olmuşdur. 
Hadisə nəticəsində Xankişi Quliyev və Rəşad Əbilov ölüb, Bəxtiyar Hüseynov isə müxtəlif xəsarətlər alıb.  
Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.  
İbtidai istintaq davam etdirilir.