Xəbər lenti

Yağıntılı hava davam edəcəkmi?
Ölkə08:41 27.02.2014

Yağıntılı hava davam edəcəkmi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı və Abşeron yarımadasında fevralın 28-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, havanın temperaturunun gecə 2-4, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında fevralın 28-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 8-12 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.
 
Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 28-də Abşeron yarımadasında nisbətən qeyri-sabit hava şəraiti bəzi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, martın 1-2-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.

Qaynar.info