Xəbər lenti

Yaxşı turizm agentlilyini necə tapmalı?
Ölkə14:57 12.06.2016

Yaxşı turizm agentlilyini necə tapmalı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ölkədə istər gənc, istərsə də yaşlı nəsil arasında dünyanı gəzmək üçün puluna və vaxtına simiclik etməyən insanların sayı getdikcə artır. Müasir dövrdə turizm operatoru və agentlikləri sayəsində, demək olar ki, dünyanın istənilən guşəsinə səyahət etmək olar. 
Məlum məsələdir ki, hər bir turist münasib qiymətə təklif olunan turlardan maksimum faydalanmaq istəyir. Bəzi turizm agentlikləri kələk gələrək müştəriləri aldadır. Nəticədə, müştərinin həm pulu gedir, gəm də arzuladığı kimi dincələ bilmir. Bəs arzuladığın istirahəti etmək və turizm agentliklərinin seçimində yanlışlığa yol verməmək üçün nə etmək lazımdır?
Qaynarinfo.az publika.az-a istinadən xəbər verir ki, bu yazıda yaxşı agentliyi tapmağın yollarını izah edilib.
1. Səyahət edən və bu məsələdə təcrübəsi olan insanlardan məsləhət alın!
Uğurlu tur əldə etməyin ən doğru yolu bu məsələdə təcrübəsi olan biri ilə məsləhətləşməkdir. Turoperatorun xidmətindən istifadə edən dostlar və ya tanışlardan qiymətlər və səfər barədə ətraflı öyrənin. Onlar turizm agenetlikləri tərəfindən təklif olunan xidmətlər, xidmət keyfiyyəti, yaşayış şəraiti barədə sizə lazımi informasiyaları verəcək.
2. Rəyləri oxuyun
Yaxşı turizm agentlikləri tapmağın ikinci və ən rahat üsulu internetdə onlar haqqında məlumat axtarmaq və yazılmış rəylərlə tanış olmaqdır. Turizm agentliklərinin "facebook" səhifələrində insanlar fikirlərini açıq şəkildə bildirir və öz təəssüratlarını bölüşürlər. Siz orada çoxlu faydalı məlumat tapacaqsınız.
3. Böyük turizm agentliklərinə müraciət edin
Turizm operatorları hamıya bərabər şərtlərlə öz xidmətlərini təklif edir. Lakin ixtisaslaşmış turizm şirkətlərinin bazarda uzun müddət mövcudluğu və daha çox nüfuza malik olduğu barədə unutmaq olmaz. Həmçinin şirkətin sahib olduğu sertifikatlar və lisenziyalar da onun müsbət keyfiyyətinin göstəricisidir və müştərilərin belə sənədlərlə tanış olmaq hüququ var.
4. Endirimlər barədə soruşun
Turizm agentliklərinin saytlarında və ya səhifələrində yazılmış qiymət real qiymətlərlə kəskin və ya cüzi fərqlənə bilər. Ona görə də siz ilk növbədə haraya və nə vaxt getmək istədiyinizi, hansı şərtləri gözlədiyinizi müəyyənləşdirməlisiniz. Daha sonra isə bir neçə seçilmiş agentliklərə zəng vurub turun qiymətinə endirimin mümkün olması barədə öyrənin. Çox vaxt turizm agentlikləri müxtəlif turizm təkliflərini nəzərdən keçirdikdən sonra yaxşı, ən optimal variantı seçir və onlarla daimi əsasda işləyir. Həmçinin bir çox hallarda agentliklər müştəriyə yaxşı güzəşt edirlər. Odur ki, endirimlər barədə soruşmaqdan çəkinməyin. Əvəzində həm pulunuza qənaət edir, həm də məsələni daha rahat yoluna qoyursunuz.
5. Müştərilərlə münasibətə diqqət yetirin
Agentliyin ofisində olarkən müştərilərlə münasibətə diqqət yetirin. Aydındır ki, əməkdaşlar sizin növbəti dəfə də onlara müraciət etməyiniz üçün əlindən gələni etməli və sizi maksimum razı salmağa çalışmalıdırlar.
Qaynarinfo.az