Yeni binada aparılan tikinti sakinlərə problem yaratdı (VİDEO)
Binanın beş addımlığında bünövrə qazıb, beton töküblər, dörd tərəfini armaturlarla hörüb, daha sonra yarımçıq saxlayıblar...
Görüntülər paytaxtın Nəsimi rayonu, 999-cu məhəllə, Akademik Həsən Əliyev küçəsi, 12D ünvanında yerləşən yaşayış kompleksinin həyətindəndir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, sözügedən ünvanda yerləşən qeyri-yaşayış təyinatlı obyektin tikintisinə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 29 iyun 2022-ci il tarixində icazə verilib. O da qeyd edilib ki, tikinti və istismara icazələr barədə məlumatlar Elektron Tikinti Portalında yerləşdirilir. Vətəndaşlar müvafiq obyektlər üzrə icazələr barədə ətraflı məlumatla portal vasitəsilə tanış ola bilərlər.//Xəzər TV
Şərhlər