Xəbər lenti

Siyasət 13:04 14.02.2024

"Yeni Nazirlər Kabinetində müəyyən dəyişikliklər olacaq" - Qulamhüseyn Əlibəyli

"Pensiya yaşına çatanlar və uzun müddət nazir vəzifəsində işləyənlər hörmətlə yola salınacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib. Onun fikirincə, təyin olunan nazirlərin arasında əsaslı dönüş nail olmayanlar da var:

"Hesab edirəm ki, bütövlükdə Nazirlər Kabinetinin tərkibində müəyyən yenilənmə olacaq. Yeni kabinetdə müəyyən dəyişikliklər olacaq. Bu konistitusyon məsələdir ki, Prezident and içəndən sonra Nazirlər Kabineti tam tərkibdə istefaya gedir və yeni Nazirlər Kabineti müəyyənləşir. Praktikadan görmüşük ki, təyinat zamanı köhnə nazirlər, tərkib qalır yerində. Amma müəyyən dəyişikliklərin olması zəruridir".

Qulamhüseyn Əlibəyli ölkədə bütövükdə gəncləşmə siyasətinin getdiyini əlavə edib:

"Gənclərə üstünlük verilir, yeni kadrlar qabağa çəkilir. Bu baxımdan hesab edirəm ki, uzun müddət nazir vəzifəsində işləyən bir neçə şəxs artıq istefaya gedəcək. Onların yerinə yeni vəzifəli gənclər təyin olunacaq ki, həmin sahələrdə uğurlu inkişafı sürətləndirsin".

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->