Xəbər lenti

Yevlaxda 39 il əvvəl vəfat edən qadının ölüm faktı indi qeydə alındı
Ölkə 11:11 16.06.2025

Yevlaxda 39 il əvvəl vəfat edən qadının ölüm faktı indi qeydə alındı

25 avqust 1925-ci ildə anadan olan qadın 18 dekabr 1986-cı il tarixində vəfat edib və həmin tarixdə də dəfn edilib. Lakin bu günə qədər onun ölüm faktı qeydə alınmayıb və ölüm haqqında şəhadətnamə verilməyib.

Qaynarinfo "Trend"ə istinadən xəbər verir ki, vəfat edən qadın Yevlax şəhəri, C.Cabbarlı küçəsi, bina 5, mənzil 15 ünvanında yaşayıb. Həmin ünvanda da vəfat edib.

Belə ki, vəfat edən qadının oğlunun müraciətinə əsasən, ölümünü təsdiq edən sənəd olmadığı üçün müvafiq orqandan ona ölüm haqqında şəhadətnamə verilməyib və məhkəməyə müraciət etməsi tövsiyə olunub. Ona görə də o, bu faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün müraciət edib.

Yevlax Rayon Məhkəməsinin qərarı ilə qadının 1986-cı il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->