Video 18:03 25.02.2023

Yevlaxın Qoyunbinəsi kəndində istismar müddəti başa çatan qaz xətləri yenilənir (VİDEO)

Abonentlərin dayanıqlı və fasiləsiz şəkildə təbii qazla təmin edilməsi istiqamətində SOCAR "Azəriqaz İstehsalat Birliyi tərəfindən daim işlər görülür.

Qaynarinfo "Azəriqaz”a istinadən xəbər verir ki, Yevlax rayonunun Qoyunbinəsi kəndində də uzun illər istismarda olan qaz xətlərinin yenilənməsi işləri icra olunur.

26 km uzunluğunda qaz xəttinin çəkilişi başa çatdıqdan sonra 515-dək faktiki abonentin qaz təchizatı xeyli yaxşılaşdırılacaq. Bundan əlavə, ətrafda salınan yeni yaşayış massivlərinin də mavi yanacağa olan tələbatı tamamilə ödəniləcək.

Daha ətraflı video materialda: