İdman 13:20 21.05.2022

Yığma 68 yaşlı məşqçiyə tapşırıldı

Fil Dişi Sahili millisini yeni baş məşqçisi müəyyənləşib. 

Qaynarinfo xəbər verir ki, komanda fransalı Jan-Lui Qassetə tapşırılıb. Bu barədə Fil Dişi Sahili Futbol Federasiyası məlumat yayıb. "Sent-Etyen" və "Bordo"nun 68 yaşlı keçmiş məşqçisi aprelin əvvəlində müqaviləsi başa çatan həmyerlisi Patris Beaumelleni əvəz edəcək. 

Federasiya ilə birillik müqavilə bağlayan fransalı mütəxəssis komandanı AFCON 2023-ün yarımfinalına çıxaracağı təqdirdə, vəzifəsində qalacaq. Fransız futbolçuya "Nant" və "Nitsa"da oynamış, hazırda "Klermont Foot"un əvəzedici komandasının məşqçisi kimi fəaliyyət göstərən Fil Dişi Sahili millisinin keçmiş üzvü Emerse Fae kömək edəcək.

Səbuhi Həsənov