Ölkə 16:43 29.11.2022

Yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 43 yeni yoluxma faktı qeydə alınıb, 57 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, xəstəlikdən 2 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 824 288 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 053 nəfər müalicə olunaraq sağalıb, hazırda 257 aktiv xəstə var. Bu günə qədər 9 978 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 235, bu günə qədər isə ümumilikdə 7 373 658 test icra olunub.

Gün ərzində koronavirus əleyhinə 398 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 108, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 196, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 46 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 921 785, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 392 645, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 873 832, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 391 410, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 898 nəfər təşkil edir.