Xəbər lenti

YPX maşını dəhşətli qəza törətdi: 2 ölü, 5 yaralı - SİYAHI (YENİLƏNİB)
Ölkə10:55 27.04.2017

YPX maşını dəhşətli qəza törətdi: 2 ölü, 5 yaralı - SİYAHI (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ələt- Astara yolunun Salyan rayonundan keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. "Qaynar" İstipress-ə istinadən xəbər verir ki, zəncirvari qəza nəticəsində xeyli xəsarət alanlar var.
Toqquşan avtomobillərdən biri yol patrul əməkdaşlarının xidməti avtomobili olduğundan yaralanan şəxslər arasında polis əməkdaşları da var.
Yol qəzasında 2 nəfər dünyasını dəyişib. Ölən şəxslərdən biri qəzaya uğrayan "Mercedes" markalı avtomobilin sürücüsü, digəri isə sərnişindir. 
***
Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində baş verən qəzada xəsarət  alanların adı məlum olub.
"Report"un Aran bürosunun məlumatıan görə, Yol Patrul Xidməti (YPX) maşını ilə "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində xəsarət alanların sayı 5 nəfərə çatıb.
Yaralılar: 
Bakı şəhər sakinləri - 1950-ci il təvəllüdlü Allahverdi Ağalı oğlu Əhmədov;
1986-cı il təvəllüdlü Ülvi Səməd oğlu Sadıqov;
1982-ci il təvəllüdlü Elçin Kazım oğlu Dadaşov;
Salyan rayon sakinləri - 1988-ci il təvəllüdlü Elnur zakir oğlu Əliyev;
1988-ci il təvəllüdlü Natiq Nifti oğlu Məmmədyarovdur. 
Qeyd edək ki, E.Əliyev və N.Məmmədyarov YPX əməkdaşlarıdır.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, xəsarət alanlardan 3-ü Reanimasiya, 3-ü isə 
Travmotologiya şöbəsinə yerləşdirilib. 
Hadisə zamanı ölən iki nəfərin adları hələlik məlum deyil. 
Qaynar.Az