Zaqatalada vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, Zaqatala Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə mühakimə edilən Əyyub Abbasov 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
İş materiallarından məlum olur ki, Əyyub Abbasov Zaqatalada fermer təsərrefatı ilə məşğul olanlardan birinə onun üçün gübrə alacağını deyəərək 2000 manatını ələ keçirib.
O, başqa bir nəfərə isə Zaqatala Rayon Prokuroluğunda istintaqı aparılan cinayət işi üzrə cinayət məsuliyyətində azad etdirəcəyini bildərərək ondan 4000 manat pul alıb.
Əyyub Abbasov verdiyi vədləri yerinə yetirmədiyinə görə hüquq-mühafizə orqanlarına müraciət edilib.
O, saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanıb. Həmçinin məhkəmənin qərarı ilə Əyyub Abbasov barəsində həbs-qətimkan tədbiri seçilib.
Araşdırmalara zamanı o da məlum olub ki, Əyyub Abbasov bundan əvvəl də Abşeron Rayon Məhkəməsində də dələduzluq maddəsi ilə mühakimə edilib. Həmin vaxt məhkəmə onu 3500 manat məbləğində cərimələyib.
Seyid
Şərhlər