Xəbər lenti

Zelenski qapalı brifinqdə ABŞ senatorlarına müraciət edəcək -
Dünya 12:25 05.12.2023

Zelenski qapalı brifinqdə ABŞ senatorlarına müraciət edəcək - "The Hill"

Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı təhlükəsiz videokonfrans vasitəsilə senatorlara qapalı brifinqdə müraciət edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Hill” senat çoxluğunun lideri Çak Şumerə istinadən yazır.

Nəşrə görə, Zelenski 106 milyard dollar təcili xarici yardımla planlaşdırılan prosedur səsverməsindən bir gün əvvəl Ukraynadakı müharibə vəziyyəti və növbəti hərbi yardım paketinə ehtiyac barədə senatorlara məlumat verəcək.

"Administrasiya, bu səsvermədə nəyin təhlükə altında olduğunu birbaşa prezident Zelenskidən eşitmək üçün onu sabahkı qapalı brifinqimiz çərçivəsində senatorlara müraciət etməyə dəvət edib. Bütün senatorlardan bu mühüm brifinqdə iştirak etməyi xahiş edirəm”, deyə Çak Şumer bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->