Dünya 14:51 25.03.2023

Zelenski: "Ukrayna silah çatışmazlığı səbəbindən əks hücuma keçə bilməz"

"Ukrayna hələ də sursat və silah çatışmazlığı səbəbindən əks hücuma keçə bilmir".

Qaynarinfo xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "Yomiuri Şimbun” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ölkənin şərqində çətin vəziyyət yaranıb. "Biz partnyorlarımızdan döyüş sursatının gəlməsini gözləyirik” deyən Zelenski əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri "hələlik əks-hücuma başlaya bilməz”.

Zelenski həmçinin əlavə edib ki, sülh danışıqları üçün zəmin "tamamilə hazır deyil”, çünki danışıqlar prosesinə başlamaq üçün Rusiya qoşunlarını geri çəkməlidir.

Xatırladaq ki, daha əvvəl Ukrayna prezidenti qeyd edib ki, Ukrayna və Qərbin "birgə hərəkətlərdə yeni uğurları daha azdır” və bu, "sülhə nail olmağı çox uzaqlaşdırır”. O izah edib ki, xüsusilə Qərb ölkələri uzaqmənzilli raketlərin və müasir qırıcıların tədarükünü gecikdirir və Ukraynanın sülh formulunun müzakirəsi üçün təklif etdiyi sammitə adekvat dəstək vermir.

Alpər