Xəbər lenti

Zəngəzur dəhlizi nə zaman işə düşəcək? (ŞƏRH)
Siyasət 18:50 20.05.2024

Zəngəzur dəhlizi nə zaman işə düşəcək? (ŞƏRH)

"Onun əlində yüksək səviyyəli mənbələrdən aldığı məlumat var. Abdülkadir Uraloğlu da bu məlumatları əsaslandıraraq, Zəngəzur dəhlizilə bağlı gələcək inkişafın istiqamətləri və vaxtı haqqında fikrini bildirir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Zəngəzur dəhlizinin 2028-2029-cu illərdən tam gücü ilə işləməyə başlayacağı barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlunun fikirlərini şərh edərkən deyib.

Politoloq bildirib ki, lakin bu, onun dedikləri yüz faiz həyata keçəcəyi demək deyil:

"Nazirin dediklərinin həqiqət payı 90-95 faizdir. Türkiyə kimi ciddi bir dövlətin naziri ixtisasına aid məsələ barədə fikir söyləyirsə, onu ciddi qəbul etmək lazımdır. 4-5 ilə Zənzəzur dəhlizinin açıqlacağına heç bir şübhə olmasın. Yəqin ki, bura siyasi, inzibati qərarların qəbulu, aydiyyatı hansısa qurumlara tapşırıqların verilməsi, yolun çəkilməsinin texniki-iqtisadi əsaslarının hazırlanması və s. daxildir. Ermənistanın Mehri yoluna çıxışı yoxdur. Mehri yolu Mincivan stansiyasından başlayır. Azərbaycan tərəfi Mincivana qədər dəmir yolunu çəkib başa vurandan sonra, artıq erməni inşaat şirkətlərilə birlikdə dəmir yolunun çəkilişinə başlayacaq. Bu əməliyyatı həyata keçirmək yalnız Azərbaycan tərəfindən mümkündür. Çünki Ermənistan onu həyata keçirmək üçün lazım olan imkana malik deyil. Güman edirəm ki, bu işi Bakı ilə İrəvan birgə görəcək. bu da iki ölkə arasında dımir yolu çəkilişi sahəsində əməkdaşlığa gətirəcək. Bu da öz növbəsində etimad, etimadı, qarşılıqlı hörməti gücləndirəcək".
 


Ekspertin sözlərinə görə, türkiyəli nazirin dediyi kimi, 2028-2029-cu illərdə Zəngəzur yolu çəkiliş başa çatacaq:

"Ardınca açılış mərasimi həyata keçəcək. Nəticədə iki xalq  arasında ədavət aradan qaldırılacaq və mədəni ölkələrdə olduğu kimi iqtisadi əməkdaşlığa da başlayacağıq".

Qeyd edək ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Zəngəzur dəhlizinin 2028-2029-cu illərdən tam gücü ilə işləməyə başlayacağını bildirib. Nazir oxşar açıqlamanı bu il ərzində bir neçə dəfə səsləndirib. Bu isə onu deməyə əsas verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Zəngəzur dəhlizinin məhz 2028-2029- cu illərdə işə başlayacağına tam əmindir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->