"Zəngilandan
sonra Qubadlı ikinci rayondur ki, Ermənistanla sərhədimiz tam bərpa olunacaq”.
BunuQaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənov işğaldan azad olunan
Qubadlı rayonunun strateji əhəmiyyətindən danışarkən deyib. O bildirib ki,
Qubadlı ilk öncə növbəti rayonların işğaldan azad olunmasını təmin edir və yüksəkliklərin
alınmasında mühüm əhəmiyyətə malikdir:
"Qubadlıdan
sonra Laçın və Kəlbəcər gəlir. Bundan sonra bütün sərhədlər bağlanacaq. Hesab
edirəm ki, bu məsələ yaxın günlərdə tamamlanacaq. Düşmənin xeyli canlı qüvvəsi
məhv edilib və texnikası sıradan çıxıb”.
Ekspertin
fikrincə, Qubadlının işğaldan azad olunmasının Qarabağ üçün mənəvi, strateji və
hərbi cəhətdən əhəmiyyəti böyükdür.
Bahar
Rüstəmli
Şərhlər