Xəbər lenti

Zeynalova 18 il iş istədilər
Ölkə09:02 21.07.2014

Zeynalova 18 il iş istədilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyulun 21-də Moskva Şəhər Məhkəməsində Azərbaycan vətəndaşı Orxan Zeynalovun mühakiməsi davam edib. 

Qaynar.info "Media forum" saytına istinadən bildirir ki, prokuror Rusiya vətəndaşı Yeqor Şerbakovu bıçaqlayaraq öldürməkdə təqsirli bilinən Orxan Zeynalova 18 il həbs cəzası verilməsini istəyib. Dövlət ittihamçısı həmçinin Yeqor Şerbakovun atasına beş milyon rubl təzminat ödənməsi barədə mülki iddianın təmin edilməsinə tərəfdar çıxıb.

Qeyd edək ki, Orxan Zeynalovun Yeqor Şerbakovu 2013-cü il oktyabrın 10-da sərxoş vəziyyətdə öldürdüyü bildirilir.

Qaynar.info