İdman 19:25 31.05.2023

"Zirə" "Fənərbağça" ilə yoldaşlıq görüşü keçirə bilər - rəsmi açıqlama

"Zirə” PFK-nın və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Taleh Nəsibov İstanbulda "Fənərbaxça” klubunun baş katibi Burak Kızılhanla görüşüb.
 
Qaynarinfo-nun məlumatına görə bu barədə klubun mətbuat xidmətindən bildirilib. "Fənərbağça”nın ofisində keçirilən görüşdə həmçinin Azərbaycan Minifutbol Federasiyasının və İstanbul təmsilçisinin idarə heyətinin üzvləri də iştirak edib.
 
Görüşdə tərəflər arasında fikir mübadiləsi aparılıb, əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı razılıq əldə olunub. Bundan başqa, yaxın gələcəkdə "Zirə” və "Fənərbağça”nın iştirakı ilə Bakıda yoxlama oyununun keçirilməsi ilə bağlı danışıqlar aparılıb.
 
Sonda görüş iştirakçıları bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.
 
Səbuhi Həsənov