Xəbər lenti

Bolqarıstanda avroya keçidə qarşı etiraz aksiyaları keçirildi
Dünya 14:54 01.06.2025

Bolqarıstanda avroya keçidə qarşı etiraz aksiyaları keçirildi

Bolqarıstanın paytaxtı Sofiyada və digər iri şəhərlərində hökumətin milli valyuta – bolqar levinin avro ilə əvəzlənməsi planlarına qarşı kütləvi etirazlar baş tutub. 

Qaynarinfo xəbər verir ki, aksiyaların təşkilatçısı sağçı "Vozrojdenie” (Yenidənqurma) partiyası olub.

Partiyanın lideri Kostadin Kostadinov Bolqarıstanın Avropa İttifaqına daxil olmasından fayda əldə edəcəyinə inanmadığını bildirib: "Mən bizim guya tərəfdaşımız olan Avropa İttifaqına müraciət etmək istəyirəm: oturduğunuz stulu baltalamayın... Analitiklərdən, iqtisadçılardan, professorlardan eşitdiklərimə əsasən, Bolqarıstanın avrozonaya daxil olmaqdan qazanc əldə edəcəyinə inanmıram".

O, həmçinin insanları 4 iyun tarixində küçələrə çıxmağa və Bolqarıstan parlamentinin girişlərini bağlamağa çağırıb. Həmin gün Avropa İttifaqından bir nümayəndə heyətinin Sofiyaya səfəri planlaşdırılıb.

Bolqarıstan 2007-ci ildə Avropa İttifaqına üzv olub. Lakin Avropa Mərkəzi Bankı ölkəni indiyədək avrozonaya daxil etməyib, çünki Bolqarıstan tələb olunan iqtisadi meyarlara cavab verməyib. 2024-cü ildə Bolqarıstan parlamenti valyuta dəyişdirilməsinə dair keçid dövrünü nəzərdə tutan qanun qəbul edib. Lakin keçidin dəqiq başa çatma tarixi açıqlanmayıb.

Etirazların fonunda Bolqarıstan prezidenti Rumen Radev avroya keçid məsələsində referendum keçirilməsi təşəbbüsü ilə çıxış edib. Lakin parlament bu təşəbbüsü rədd edərək, dövlət başçısını Aİ ilə inteqrasiyanın dərinləşməsinə mane olmağa çalışmaqda ittiham edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->