Xəbər lenti

QUR Rusiyanın strateji aviasiya istehsalçısının məlumatlarını ələ keçirdi (FOTO)
Dünya 16:03 04.06.2025

QUR Rusiyanın strateji aviasiya istehsalçısının məlumatlarını ələ keçirdi (FOTO)

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) kibermütəxəssisləri Rusiyanın aparıcı aviasiya istehsalçısı olan "Tupolev” konstruktor bürosunun resurslarına hücum həyata keçiriblər. 

Qaynarinfo xəbər verir ki, xüsusi xidmət orqanındakı mənbələrin UNIAN-a verdiyi məlumata görə, kiberhücum nəticəsində strateji səviyyədə son dərəcə vacib məlumatlar əldə olunub.

Söhbət şirkət rəhbərliyinin xidməti yazışmalarından, konstruktor bürosu əməkdaşlarının şəxsi məlumatlarından, onların yaşayış ünvanlarından, mühəndis və konstruktorların tərcümeyi-halından, satınalmalarla bağlı xidməti məlumatlardan, qapalı iclasların protokollarından və bu kimi digər məlumatlardan gedir.

Kəşfiyyatdakı mənbənin bildirdiyinə görə, QUR-un kibercəsusları uzun müddət ərzində "Tupolev” KB-nin sənəd dövriyyəsini nəzarətdə saxlayıb və nəhayət, 4,4 GB-dan artıq həcmdə kritik əhəmiyyətli məlumatlara çıxış əldə ediblər.

Əməliyyata rəmzi yekun vurmaq üçün ukraynalı kibermütəxəssislər "Tupolev”in rəsmi internet resursunu "sındırıblar” və orada caynağında rus təyyarəsi tutmuş bayquşun təsvirini yerləşdiriblər.

"Əldə olunmuş məlumatların əhəmiyyətini qiymətləndirmək çətindir. Artıq "Tupolev” konstruktor bürosunun fəaliyyətində demək olar ki, gizli heç nə qalmayıb. Xüsusilə onu qeyd etmək lazımdır ki, biz Rusiya strateji aviasiyasının texniki xidməti ilə birbaşa əlaqəli şəxslər barədə hərtərəfli məlumatlara sahib olduq. Əməliyyatın nəticələri həm quruda, həm də havada hiss olunacaq”, – deyə xüsusi xidmət orqanındakı mənbə əməliyyatın nəticələrini şərh edib.

Xatırladaq ki, Rusiyanın strateji aviasiyasının istehsalçısı olan "Tupolev” konstruktor bürosu 2022-ci ildən etibarən Ukraynaya qarşı genişmiqyaslı təcavüzdə birbaşa iştirakına görə beynəlxalq sanksiyalara məruz qalıb.

Alpər
 


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->