Xəbər lenti

Sahibə Qafarova Numan Kurtulmuşu təbrik etdi
Ölkə 20:04 04.06.2025

Sahibə Qafarova Numan Kurtulmuşu təbrik etdi

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM)  sədri Numan Kurtulmuşa yenidən TBMM sədri vəzifəsinə seçilməsi münasibəti ilə təbrik məktubu ünvanlayıb.

Qaynarinfo xəbər verir ki, məktubda bildirilir ki, qardaş xalqlarımızın ortaq milli-mənəvi dəyərlərinə əsaslanan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin mövcud səviyyəsi məmnunluq doğurur. Dövlətlərarası münasibətlərimiz "Bir millət iki dövlət” şüarına uyğun olaraq bütün sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlıq müstəvisində dinamik şəkildə inkişaf edir.

Həmin gün, parlamentin sədri Sahibə Qafarovanın Numan Kurtulmuşla telefon danışığı olub.

Telefon danışığı zamanı Milli Məclisin spikeri, TBMM-in sədrini bir daha təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Türkiyə Böyük Millət Məclisinin sədri təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirərək, TBMM ilə Milli Məclis arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini ifadə edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->