Xəbər lenti

Abşeronda balıqların kütləvi tələf olduğu ərazidə son vəziyyət (FOTO)
Ölkə19:36 04.06.2025

Abşeronda balıqların kütləvi tələf olduğu ərazidə son vəziyyət (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Abşeron rayonu Məhəmmədi kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı bir neçə qurum bu gün hərəkətə keçib.
Oxu.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, əraziyə texnika cəlb olunub. Ekskavatorla çala qazılıb və balıqların bir qismi basdırılsa da, göldən ölü balıqlar tamamilə təmizlənməyib.
PhotoStock.az-ın ərazidən hazırladığı fotoreportajı təqdim edirik: