Xəbər lenti

Bu yaşda Leyli-Məcnun olar? - Xalq artisti ittihamlara cavab verdi
Sənət 15:55 04.06.2025

Bu yaşda Leyli-Məcnun olar? - Xalq artisti ittihamlara cavab verdi

Xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova sosial şəbəkədə tənqid olunub.
 
Qaynarinfo xəbər verir ki, buna səbəb hər iki sənətkarın bu yaşda Üzeyir Hacıbəylinin 2 pərdəli "Leyli və Məcnun” tamaşasında baş rol oynamasıdır. 

Qeyd edək ki, bu dəfə tamaşa Opera və Balet Teatrında deyil, Heydər Əliyev Sarayında təqdim olunacaq. 

Xatırladaq ki, həmin günü tamaşada baş rolllarda Leyli – Nəzakət Teymurova, Məcnun - Xalq artisti Mənsum İbrahimov, Nofəl – Cahangir Qurbanov, İbn Salam – Təyyar Bayramov, Leylinin atası – Taleh Yahyayev, Leylinin anası – Aytən Məhərrəmova, Məcnunun atası – Elnur Zeynalov və başqaları rol alıb. Tamaşanın quruluşçu rejissoru Hafiz Quliyevdir. İzləyicilər Xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurovanı gənclərə yol verməməkdə ittiham ediblər. Onlar hesab edir ki, hər iki sənət adamının bu obrazlarda oynamaq yaşı çoxdan keçib. Yəni, bu obrazı oynayan sənət adamlarının yaşı 50-60 deyil, 20-30 arasında olmalıdır. 

50-60 yaşlı Leyli ilə Məcnun izləyicilərin ittihamı ilə razıdırmı?
 
Xalq artisti Nəzakət Teymurova Qaynarinfo-ya açıqlamasında bu məsələnin arxasında bəzi qüvvələrin olduğunu vurğulayıb:
 


"Bilirsiniz ki, bu tamaşa həmişə Opera və Balet Teatrında oynanılıb. Hər dəfə də tamaşaçılar bilet tapa bilmədiklərindən gileylənərək, tamaşanın 2-3 gün oynanılmasnı istəyib. Bu dəfə teatr rəhbərliyi tamaşaçının istəyini nəzərə alaraq, ilk dəfə "Leyli və Məcnun”un Heydər Əliyev Sarayında oynanılmasına qərar verdi. Biz də dövlətin teatrında işləyirik, rəhbərliyin qərarına sayğı duymalıyıq. Tamaşa iyunun 6-da təqdim olunacaq. Bu tamaşa ilk dəfədir ki, Heydər Əliyev Sarayında oynanılacaq. Baş rollarda da Xalq artisti Mənsum İbrahimovla mən oynayacam. Mən də bizə qarşı aparılan qara kampaniyanı görürəm”. 

Nəzakət Teymurova onlara qarşı aparılan bu kampaniyanın arxasında həmkarlarının olduğunu hesab edir:

"Öz həmkarlarımızdıe, yazdırırlar, Allah canlarını sağ eləsin. Yazsınlar da… Bizi gözü götürməyənlərdi, nə deyə bilərik. Biz haqqımızda yazılanları görürük, amma nə deyə bilərik ki? Rəhbərlik baş rola bizi məsləhət bilib. Bəzi adamlar bizim bu tamaşada baş rolda oynamağımızı istəmir. İstəməsinlər, xatırladım ki, biletlər satılıb, ancaq arxa yerlər qalıb. Bizi ancaq tamaşanın yaxşı keçəcəyi düşündürür".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->