Xəbər lenti

1 ay əvvəl itkin düşən şəxsin meyiti tapıldı
Ölkə06:08 12.12.2013

1 ay əvvəl itkin düşən şəxsin meyiti tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xaçmaz rayonunda 1 ay əvvəl itkin düşən 62 yaşlı kişinin çürümüş və heyvanlar tərəfindən parçalanmış meyiti aşkarlanıb

APA-nın şimal bürosunun verdiyi məlumata görə, onun meyiti Xudatda meşə massivində tapılıb.
 
Xaçmaz rayonu, Xudat şəhəri, Vaqif küçəsi 24, mənzil 4-də yaşayan, 1951-ci il təvəllüdlü Ramazanov Sabir Qiyasəddin oğlu noyabrın 10-da evdən çıxıb, bir daha geri qayıtmayıb. Qohumlarının verdiyi məlumata görə, o yaddaş pozğunluğunda əziyyət çəkib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.


Qaynar.info