Xəbər lenti

1-ci siniflər imtahan verməyəcək - VİDEO
Ölkə14:25 04.10.2013

1-ci siniflər imtahan verməyəcək - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Valideynin ərizəsi əsasında uşağın tibbi arayışı əsas götürülərək məktəbə qəbul ediləcək

Təhsil  Gələn ildən birinci sinfə gedəcək uşaqlar artıq imtahan edilməyəcək. Onlar sorğu-sualsız lazımi sənədləri təqdim etməklə təhsil ocağına qəbul olunacaqlar. Valideynin ərizəsi əsasında birinci sinifə gedəcək uşağın tibbi arayışı əsas götürülərək məktəbə qəbul ediləcək. Sadəcə məktəbə qəbul aparan komissiya uşağın psixoloji vəziyyətini və nitq qabiliyyətini yoxlamaq üçün onu sorğu-sual edə bilər.

Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov deyir ki, yalnız liseylərə qəbul üçün müraciət edənlərin sayı çox olduğundan onların məntiqi təfəkkürü, bilik və bacarıqlarının hansı səviyyədə olduğu sorğu-sual vasitəsi ilə öyrəniləcək.

Xatırladaq ki, orta ümumtəhsil məktəblərinin birinci sinfinə 2010-cu ildə qəbul edilən qaydalar yeni təhsil nazirinin ötən ayın 27-də verdiyi əmrlə sadələşdirilib. Qaydaların sadələşdirilməsinə səbəb isə zamanın tələbinin dəyişməsi olub./anspress/