Xəbər lenti

1 milyon manatdan artıq pulu qanunsuz yollarla leqallaşdıranların məhkəməsi başlayır
Ölkə 16:59 15.07.2024

1 milyon manatdan artıq pulu qanunsuz yollarla leqallaşdıranların məhkəməsi başlayır

Bir qrup şəxsin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitini leqallaşdırması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, istintaqla Mehraliyev İlahim Ərəstun oğlu, Alməmmədov Mehman Allahverdi oğlu və şəxsiyyətləri istintaqla araşdırılan qeyrilərinin cinayət əlaqəsinə girərək 2017-2019-cu illər ərzində rəhbərlik etdikləri fəaliyyətsiz şirkətlərə dövlət müəssisələri tərəfindən satınalma təyinatı ilə köçürülmüş 1 milyon manatdan artıq pul vəsaitini qanuni görüntü yaratmaq üçün formal əqdlər bağlamaq yolu ilə mənimsəmələrinə, bununla da cinayət yolu ilə əldə etdikləri həmin pul vəsaitini leqallaşdırmalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında hazırda azadlıqdan məhrumetmə növündə cəzaçəkən İlahim Mehralıyev və Mehman Alməmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Şəxsiyyətləri istintaqla araşdırılan digərləri barəsində isə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İş üzrə vurulmuş maddi ziyanın istintaq dövründə tam ödənilməsi təmin edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->