Xəbər lenti

10 ayda 10 mindən çox boşanma
Ölkə17:35 14.12.2016

10 ayda 10 mindən çox boşanma

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ilin ilk 10 ayı ərzində ölkə üzrə 46,5 min ölüm halı qeydə alınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölüm səviyyəsi hər 1000 nəfər əhaliyə 5,8 olub.

Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 2016-cı ilin yanvar-oktyabr ayları ərzində 56,2 min nikah və 10,7 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 7,0, boşanmaların sayı isə 1,3 olub.

Qaynarinfo.Az